Mərkəzi Bank “Bank of Baku “nun lisenziyasının alınması məsələsinə aydınlıq gətirdi

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı tərəfindən guya “Bank of Baku” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir.

Trend-in Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərkəzi Bank bildirir ki, “Bank of Baku” ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, “Bank of Baku” ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətəuyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO