Londonda Azərbaycan incəsənətinin müasir vəziyyəti haqqında müzakirələr keçiriləcək

Londonda Viktoriya və Albert Muzeyində “Jameel Prize 3” sərgisi çərçivəsində Azərbaycan incəsənətinin müasir vəziyyəti haqqında müzakirələr keçiriləcək.

Trend-in məlumatına görə, müzakirələrdə “Jameel” mükafatı namizədi Faiq Əhməd və dəvət olunmuş ekspertlər iştirak edəcəklər. Müzakirələr fevralın 12-də saat 13:00-da açılacaq.

Azərbaycan incəsənəti ilə bağlı müzakirələrdə yazıçı və Rusiya, Qafqaz və Mərkəzi Asiya ölkələrinin incəsənəti sahəsində ixtisaslaşan kurator Suad Qarayeva və müstəqil kurator və Yaxın Şərq, İran və Qafqaz ölkələrinin incəsənəti üzrə məsləhətçi Dina Naseri-Xadivi iştirak ecəcək. Müzakirələrdə iştirak edən ekspertlər region incəsənətinin inkişaf edən maddi-texniki bazası və getdikcə artan incəsənət layihələrinin sayı haqqında öz fikirlərini bölüşəcəklər.

“Jameel Prize 3” sərgisi 2014-cü il aprelin 21-dək davam edəcək.

Faiq Əhməd Azərbaycanda və qonşu ölkələrdə divar və döşəməüstü bəzək əşyaları qismində hələ də istifadə olunan və incəsənət əsərləri olan Azərbaycan xalçalarının mahiyyətcə yeni strukturunu və təməl prinsiplərini formalaşdıran Azərbaycan rəssamıdır. Faiq Əhməd Azərbaycan mədəniyyətinin dəstəklənməsi sahəsində fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Təşkilatı ilə də əməkdaşlıq edir.

“YARAT” müasir Azərbaycan incəsənətinin dəstəklənməsi və inkişafı, habelə Azərbaycan rəssamlarının yaratdığı əsərlərin ölkədə və xaricdə geniş təqdim olunması sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

“YARAT” Təşkilatının dəstəyi hesabına Faiq Əhməd 2013-cü ildə keçirilən 55-ci Venesiya Biennalesində və “Love me, love me not” sərgisində iştirak edib. O, həmçinin 29 gənc Azərbaycan rəssamının iştirak etdiyi və Bakıda köhnə kondisionerlər zavodu ərazisində təşkil olunan “Zavod” sərgisinin kuratoru olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO