Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Monsef Mərzukiyə təbrik məktubu ünvanlayıb.
“Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tunis münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir”, – təbrikdə deyilir.
İlham Əliyev Monsef Mərzukiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Tunis xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.