İlham Əliyev Barak Obamaya başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya başsağlığı verib.

“Hörmətli cənab Prezident, Texas ştatındakı mineral gübrə istehsalı zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması, eləcə də dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, – İlham Əliyev başsağlığı məktubunda deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO