Prezident İlham Əliyev Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq, Nazirlər Kabinetinə Azərbaycanın Efiopiyada (Əddis-Əbəbə şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.