Kütləvi aksiyaların keçirilməsinə imkan verilməyəcək

Azərbaycan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Bakı şəhərində martın 11-də kütləvi aksiyaların keçirilməsi ilə bağlı yayılan çağırışlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, istər ölkə paytaxtında, istərsə də bölgələrdə kimlərinsə və ya hansısa siyasi qüvvələr tərəfindən icra strukturları ilə razılaşdırılmamış hər hansı kütləvi aksiyanın keçirilməsinə imkan verilməyəcək: “Birmənalı olaraq bildiririk ki, icra strukturları ilə razılaşdırılmamış aksiyaların qarşısı daxili işlər orqanları tərəfindən qətiyyətlə alınacaq”.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində bir qrup gənc martın 11-də aksiyalara başlayacağı barədə elan yerləşdirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO