Qlobal makroiqtisadi canlanma yalnız sözdədir, reallıqda isə bir çox ölkələrdə vəziyyət ağır olaraq qalır. Dünya Kreditorlar Təşkilatının məruzəsində belə deyilir.
Təşkilatın məruzəsində deyilir ki, 2012-ci ilin ilkin nəticələrinə görə, qlobal iqtisadi artım cəmi 3.3 faiz olmuşdur, əksər inkişaf etmiş ölkələrdə isə bu göstərici bundan da aşağı – sıfra bərabər olub.
Daha ətraflı AZERNEWS onlayn qəzetinin 10 Aprel çap buraxılışında oxuya bilərsiniz.
Yeni sayda, həmçinin 7-8 aprel tarixlərində Bakıda keçirilmiş Dünya İqtisadi Forumunun təfərrüatları, Azərbaycan Beynəlxalq Bankının İslam bankçılıq xidmətlərinə başlaması, toy korteclərinə Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətin gücləndirilməsi, Azərbaycanda uşaqların pnevmoniyanın bütün növlərinə qarşı peyvənd edilməsi və digər maraqlı məqalələrlə tanış ola bilərsiniz.
Oxucular, həmçinin, AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvikdən ən son fitnes tendensiyaları barədə məlumatlar əldə edə bilərlər.
“AZERNEWS” Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.