Kəlbəcər və Laçın rayonlarına yeni icra başçıları təyin edildi


Azərbaycan Prezidenti İlham Əliyev Aqil Sadıq oğlu Məmmədovun Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Vidadi Məhərrəm oğlu Məhərrəmov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev Akif İsmayıl oğlu Səlimovun Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti, həmçinin Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO