Kiyevdə Ukrayna dilində “Heydər Əliyev ideyalarının zəfər yürüşü ” kitabının təqdimatı keçirilib

Bu gün Kiyev şəhərində “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının Ukrayna dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib.
Ukrayna Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, kitabın müəllifi, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iştirak ediblər.
Tədbirdə çıxış edən Mədətli ölkəmizin beynəlxalq arenada nüfuz sahibinə çevrilməsində ümummilli liderin şəxsiyyətinin müstəsna rolunu qeyd edib. Ulu öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edən səfir vurğulayıb ki, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiyası bu mövzunun tükənməzliyini və ümummilli lider haqqında bundan sonra da yeni-yeni elmi əsərlərin yazılacağını deməyə əsas verir.
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev tədbirdə bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yalnız Azərbaycan deyil, dünya tarixində görkəmli yer tutmuş siyasi xadimlərdən biridir. Tağıyev müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. UAK sədri 1990-1993-cü illərdə Azərbaycan xalqının üzləşdiyi ağır və məşəqqətli anlardan söz açıb və həmin illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğunu vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO