Məşğulluğun artırılması və insanların sosial-iqtisadi həyatının inkişafına dəstək olmaq üçün Qaradağ rayonunda “Holcim” (Azərbaycan) şirkətinin Məşğulluq-Məsləhət Mərkəzi böyük rol oynamaqdadır. Bu Mərkəz bir sıra vacib xidmətləri həyata keçirir: karyera planlaşdırılması, tərcümeyi-halın düzgün yazılması, əmək bazarı və vakant işlərlə bağlı məlumatın yayımı, seminar və təlimlər, eyni zamanda, dövlət sosial xidmətindən yararlanmaq üçün gərəkli məsləhətlər.
Yarandığı 2011-ci ilin avqust ayından etibarən Məşğulluq Mərkəzində 1000 nəfər Qaradağ rayon sakininə karyera inkişafı ilə bağlı xidmət göstərilmiş, o cümlədən 800 nəfərə yaxın sakin təlimdən keçmiş, 60 nəfərdən çox dövlət sosial xidmətlərindən yararlanmış və 140-dan artıq yerli sakinə iş tapılmışdır.
Dövlət və özəl şirkətlər arasında yeni iş yerləri aparıcı tikinti, inşaat materialları, neft və qaz, avtomobil, təmizlik və digər sahələrdə olmuşdur. O da qeyd olunmalıdır ki, işə qəbul olunanlar sadəcə Qaradağ rayonunda deyil, bütün ölkə üzrədir.
“Holcim” (Azərbaycan) şirkəti Qaradağ rayonu sakinlərinə daim dəstək olmaqla, onların yaşayış səviyyəsinin artırılmasında müsbət rol oynayır.