Kamal Abdulla: Boş qalan gənclərin dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur

“Boş qalan gənclərimizin başqa istiqamətlərə yönəlmək, bizim dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur. Ona görə də universitetlərdə oxuyub-oxumamağından asılı olmayaraq, gəncləri maraqlı, milli-mənəvi dəyərlər ətrafında elə layihələrə cəlb etmək lazımdır ki, o həqiqətən xeyir gətirsin”. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bildirib.

Dövlət müşavirinin sözlərinə görə, Azərbaycanda mütləq gənclərlə bağlı işlər görülməlidir: “Bizim ali məktəb məzunları olmuş, ali məktəblərdə təhsil alan və ya ali məktəblərə girə bilməyən gənclərimiz öz potensiallarını Azərbaycanın dövlətçiliyi, mənafeyi uğrunda gerçəkləşdirməyi bacarmalıdırlar. Bu potensial necə gerçəkləşəcək? Bizim gənclərlə işimizdə hansı boşluqlar var? Yəqin ki, biz onları da layihələr şəklində müəyyənləşdirəcəyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO