Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti ilə görüşübAzərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan K.Heydərov bildirib ki, FHN yarandığı ilk gündən BAEA ilə sıx və faydalı əməkdaşlıq edir. Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir BAEA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən BAEA baş direktorunun müavini D.Yanq FHN ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər zamanı BAEA-nın nümayəndə heyəti FHN-in “İzotop” xüsusi kombinatında da olub, kombinatın fəaliyyəti ilə tanış olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO