“İyirmi ildən çox davam edən nifrətə son qoymağın vaxtı gəlib çatıb “

“İyirmi ildən çox davam edən nifrətə son qoymağın vaxtı gəlib çatıb”.

Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk qrupuna yeni təyin etdiyi həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllində əlindən gələni etmək üçün səbirsizliklə gözlədiyini deyir: “Artıq iyirmi ildən çoxdur ki münaqişə davam edir. Bu əzab əziyyətə və nifrətə son qoymağın vaxtı gəlib çatıb.

Mən bəlkə də ilk amerikalı həmsədrəm ki bu münaqişə ilə başlayandan indiyədək maraqlanıram. ABŞ Dövlət Katibi Con Kerri bu vəzifəni mənə həvalə edib, çünki o da artıq münaqişəni həll etməyin vaxtı çatdığına inanır. İrəliləyişin və praqmatizmin tərəfdarıyam. Münaqişənin Helsinki yekun aktına əsasən həllini tapması vacibdir”.

Ceyms Uorlik bundan sonra atılacaq addımlar və keçirəcəyi görüşlər barədə də danışıb: “Hər iki tərəfi dinləyəcəm. Çox sayda görüşlər keçirəcəm. Bakıdan sonra İrəvana ordan da Dağıq Qarabağa gedirəm. Həftənin sonu səfərim bitəcək və mən Amerikaya qayıtmazdan əvvəl Vyanaya yolanacam. Orda ATƏT-in baş katibi ilə Dağlıq Qaraba münaqişəsinin həllinə dair müzakirə aparacam.

Nyu-Yorkda BMT baş assambleyasının 68–ci sessiyasında isə digər həmsədrlərlə görüşmək imkanı əldə edəcəm. Onlarla da müzakirələr aparıb, davamlı sülhə nail olmaq üçün onların fikrini öyrənəcəm”. Qeyd edək ki Ceyms Uorlik ABŞ-ın Minsk qrupundakı həmsədri Robert Bradkenın və bu ölkənin ATƏT-dəki daimi nümayəndəsi Yan Kellinin qrupdakı müvəqqəti həmsədrliyindən sonra bu posta təyinat alıb. O ABŞ-ın Bolqarıstandakı səfiri vəzifəsində işləyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO