İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendum keçirməyə hazırdır

raqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani muxtariyyətin müstəqillik haqqında referendum keçirməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər yayıb.

Barzani İraqda hazırda ciddi siyasi xaosun hökm sürdüyünü deyib: “İraq ordusu ölkəyə nəzarəti itirib. Müxtariyət hər zaman ölkənin bütövlüyünü dəstəkləsə də, kürdlərin qorunması məqsədilə müstəqillik haqqında referenduma hazırdır”.

Onun sözlərinə görə, İraqda baş verən qanlı toqquşmaların tək səbəbi hakimiyyətin sünni müsəlmanlara və digər siyasi qruplara qarşı birmənalı siyasəti olub. Bərzani onu da qeyd edib ki, ölkənin Baş naziri Nuri Əl Maliki istefaya getməlidir.

İyunun 10-da “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının silahlıları İraqın Mosul şəhərini, bir neçə yaşayış məntəqəsini zəbt edib. İyunun 16-da isə İŞİD terrorçuları İraqın Telafer şəhərində nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terroçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Hal hazırda İŞİD tərkibində sabiq prezident Səddam Hüseyn zamanında hakim partiya olan rejimin süqutundan sonra isə Qadağan edilən BƏƏS -in ( Ərəb Sosialist Partiyası) hərbiçiləri yer almaqdadır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO