İraq türkmənləri Ankaradan müdafiə olunmalarını xahiş edirlər

İraqın Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin “CNN Turk” telekanalı xəbər yayıb.

Salihi deyib: “İraq hökuməti ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərir və təkcə iraqlı türkmənlər bu dəstəkdən məhrum ediliblər”.

Onun sözlərinə görə, hazırda ölkənin şimalında yaşayan türkmənlər İraqın mərkəzi hakimiyyəti tərəfindən müdafiə olunduqlarını hiss etmirlər.

Salihi qeyd edib ki, iraqlı türkmənlərin vəziyyəti “Əl-Qaidə”nin tərkibinə daxil olan “İraqda və Levantada islam dövləti” qruplaşması yaraqlılarının ölkənin şimalındakı bəzi şəhərlər üzərində nəzarəti ələ almalarından sonra daha da pisləşib.

Onun sözlərinə görə, İraq türkmənlərinin yaraqlılardan qorunmaq üçün silahları yoxdur.

İraq türkmənləri ölkə əhalisinin 11 faizini təşkil edirlər.

Bir müddət əvvəl xəbər verilmişdi ki, “Əl-Qaidə”nin tərkibinə daxil olan “İraqda və Levantada islam dövləti” qruplaşması əhalisinin sayına görə ölkədə ikinci böyük şəhər olan Mosul üzərində nəzarəti ələ keçiriblər.

Şahidlərin sözlərinə görə, İraq hərbçiləri Mosulun inzibati mərkəzi olan Neynəva şəhərini tərk ediblər. Onların yerini ekstremistlər tutub.

Bu günlərdə Mosulun qubernatoru Asil Ən-Nəcəfi şəhər sakinlərini Mosulun müdafiəsinə qalxmağa çağırıb. Lakin şəhər sakinləri qaçmağa üstünlük verirlər. Belə ki, son bir neçə gün ərzində Mosulu artıq beş min ailə tərk edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO