İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır

İranın Milli İnkişaf Fondu Azərbaycanın maliyyə bazarına, eləcə də hazırda ölkədə İran şirkətlərinin iştirakı ilə reallaşdırılan layihələrə sərmayə yatırmağa hazırdır.

Bunu Trend-ə Azərbaycanda rəsmi səfərdə olan fondun baş direktorunun müavini Qasem Hüseyni ölkənin rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdən sonra bildirib.

Onun sözlərinə görə, fond İranda məhsul almaq niyyətində olan Azərbaycan şirkətlərinə maliyyə dəstəyi də göstərə bilər.

Hüseyni qeyd edib:

“Biz fondun potensialı və imkanlarını Azərbaycanın dövlət məmurlarının diqqətinə çatdırdıq. […] Əgər biz Milli İnkişaf Fondunun aktivlərindən istifadə etmək istəyiriksə, onda öz vəsaitlərimizi müsəlman və qonşu ölkələrə yatırmağa üstünlük veririk”.

Onun sözlərinə görə, Azərbaycanın geniş investisiya imkanları var. Habelə Azərbaycan tərəfi fonda neft-qaz, eləcə də neft kimyası sahəsində investisiya layihələri təqdim edib.

O qeyd dib: “Biz ikitərəfli əməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Biz həm Azərbaycana sərmayə yatırmağa hazır olan iranlıları, həm də İrana investisiya yatırımları etməyə hazır olan azərbaycanlıları dəstəkləyəcəyik”.

Hazırda İranın Milli İnkişaf Fondunun aktivləri 60 milyard dollara yaxındır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 1-ci rübündə Azərbaycanla İran arasında əmtəə dövriyyəsi 47,34 milyon dollar olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23 faiz azdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO