İlham Əliyev Portuqaliyanın yeni Prezidentini təbrik edib

İlham Əliyev Portuqaliyanın yeni Prezidentini təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO