İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Fevralın 13-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edildi. Münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olundu. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulandı.

Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO