İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu təşkilatın Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəklədiyini bildirib. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, baş katib təşkilatın bundan sonra da Azərbaycanı dəstəkləyəcəyini bildirib.

E.İhsanoğlu doqquz il ərzində (Türkiyənin İƏT-ə sədrliyi dövrü) bir sıra ciddi nailiyyətlərin əldə olunduğunu da bildirib.

Qeyd edək ki, 2014-cü il yanvar ayından etibarən İƏT-də sədrlik Səudiyyə Ərəbistanına keçəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO