Həmsədrlər gələn həftə regiona səfər edəcəklər

“ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin martın 5-də Soçidə keçirilən görüşündən əvvəl və sonra qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqqında xəbərlərdən ciddi şəkildə narahatdırlar. Təsdiqlənəcəyi təqdirdə bu kimi mənasız aktlar tərəflərin güc tətbiqindən çəkinmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına can atmaq barədə götürdükləri öhdəliklərlə ziddiyyət təşkil edir”.

Bu fikirlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vilnüsdə yaydıqları birgə bəyanatda əksini tapıb.
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Anjey Kaspşikdən bütün tərəflərin iştirakı ilə bu kimi faktlarla bağlı dərhal təhqiqata başlamağı xahiş ediblər.

Bəyanatda, həmçinin qeyd olunur ki, vasitəçilər gələn həftə yenidən regiona səfər edəcək və keçirəcəkləri görüşlərdə tərəfləri təhqiqat aparılması məsələsində əməkdaşlığa çağıracaqlar.

Həmsədrlər bir daha insan itkiləri ilə nəticələnən addımları qəti şəkildə
pisləyib və tərəfləri israrla səbir nümayiş etdirməyə və 1994-cü ildə imzalanmış atəşkəs haqqında razılaşmaya əməl etməyə çağırıblar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO