Respublikaçılar demokrat senatorun səsindən istifadə edirlər
Senator Hillari Klinton ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Con Makkeynin reklam kampaniyası zamanı onun səsindən istifadə edilməsindən narazılığını bildirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Makkeynin seçki qərargahı telefon abonentlərinə avtomatik zəng zamanı Hillari Klintonun səsindən istifadə edib. Amerikalılara Klintonun 2008-ci ilin əvvəlində Demokrat Partiyasının namizədi uğrunda mübarizə aparan zaman çıxışlarından bəzi hissələri dinləmək təklif olunur. Hillari Klinton həmin çıxışlarında Barak Obamanın təcrübəsiz olduğunu bəyan edib: “Ağ Evdə istehsaldan ayrılmamaqla təlim üçün vaxt yoxdur”. Demokrat senatorun nümayəndələri onun səsindən istifadə edilməsinə razılıq vermədiklərini bildiriblər: “Hillari Klinton kimə üstünlük verdiyini dəfələrlə özü bildirib.