Heydər Əliyev Fondu ilə San Patrinyano Cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Heydər Əliyev Fondu ilə San Patrinyano Cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib Aprelin 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən San Patrinyano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva San Patrinyano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Morattini BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda görməkdən şad olduğunu dedi, bu Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Görüşdə Heydər Əliyev Fondu ilə San Patrinyano Cəmiyyəti arasında əməkdaşlıq imkanları, o cümlədən tarixi abidələrin qorunması və bərpası, inklüziv cəmiyyətlərdə birgəyaşayış, sosial sahədə layihələr ilə bağlı məsələlər müzakirə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO