Hakimliyə namizədlər üçün yazılı imtahanın vaxtı məlum oldu

Hakimlərin Seçki Komitəsində hakimliyə namizədlərlə təşkil olunmuş bir illik tədris kursunun nəticələrinə dair məlumat dinlənilib.
Məhkəmə Hüquq Şurasından Trend-ə verilən məlumata görə, Ədliyyə Akademiyasında keçirilmiş kurs zamanı namizədlərin hakim olmaq üçün zəruri biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib, insan haqlarının etibarlı müdafiəsi, Avropa məhkəməsinin presedent hüququ, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual mövzular prioritet təşkil edib.
Təcrübəli hakimlərin və nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən kurs çərçivəsində namizədlər yarım il ərzində müxtəlif məhkəmələrdə staj keçib, həmçinin, Türkiyə Ədliyyə Akademiyası ilə razılaşmaya əsasən, bütün namizədlər üçün qardaş ölkədə insan haqlarına dair yarım aylıq kurs və məhkəmə təcrübəsi təşkil olunub.
İclasda tədris kursunun müvəffəqiyyətlə başa çatması vurğulanaraq onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi ilə bağlı məsələyə baxılıb və imtahanın mayın 3-də, saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkili qərara alınıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO