Hakim partiyadan Leyla Yunusun Nobel mükafatına namizəd göstərilməsinə reaksiya gəldi

“Bunlar Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürməklə istəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər”. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Beynəlxalq qadın hüquq müdafiəçiləri koalisiyasının Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, müxtəlif qurumlar, təşkilatlar vasitəsilə bu cür məsələləri qaldırırlar və bir daha dünyaya sübut olunur ki, bu cür təşkilatlar eyni mərkəzdən idarə olunur, erməni lobbisinin təhriki ilə həmin mərkəzlər obyektiv deyil, qeyri-qanuni, düzgün olmayan məsələlərə görə dünyanın aparıcı dövlətlərinin nüfuzuna xələl gətirirlər.

Nobel mükafatının cəmiyyət, dünya üçün faydalı iş görənlərə təqdim edildiyini qeyd edən millət vəkili bildirib ki, Azərbaycanda hər hansı bir erməni mənşəli, Azərbaycan əleyhinə iş aparan, ayrı-ayrı erməni kəşfiyyat orqanlarına Azərbaycanın hərbi sirlərini ötürmək istəyən şəxsə belə bir mükafatın verilməsi nəzərdə tutulursa belə, bu, özü böyük cinayətdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO