Hadı Rəcəbli: Sosial müdafiə məsələlərində islam ölkələrinin təcrübəsi Azərbaycan üçün yararlı ola bilər

Sosial müdafiə məsələlərində islam ölkələrinin təcrübəsi Azərbaycan üçün yararlı ola bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin Sosial-siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib: “Azərbaycan ən gənc müstəqil dövlətlərdən biridir və təbii ki, ölkəmiz ən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinə və idarəetmənin inkişafına böyük əhəmiyyət verir”.

Onun sözlərinə görə, ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi islahatlar aparılır. O əlavə edib ki, Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə və işləmələrə ehtiyacı var.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iclasın gedişində deyib ki, Bakıda keçirilən iclas İƏT-ə üzv ölkələr arasında münasibətlərin inkişafına yardım edir.

Onun sözlərinə görə, son illər ərzində İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələrdə əmək, məşğulluq və sosial müdafiə sahəsində güclü artım müşahidə olunur, aydırdır ki, müsəlman ölkələri bu sahələrin təkmilləşdirilməsi üzrə işləri davam etdirməlidirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO