
Dekabrın 2-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır. Gürcüstanın müdafiə nazirinin səfəri dekabrın 3-dək davam edəcək.
                                
                            
                                
                            
                                
                            





