Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İ. Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO