General: İranlı ekspertlər İsrailin pilotsuz təyyarəsindəki məlumatların şifrəsini açmağa çalışırlar

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) briqada generalı Ramazan Şərif bəyan edib ki, ölkənin hava məkanında İsrailin vurulub salınan pilotsuz kəşfiyyat aparatının bəzi hissələri düşərkən zədələnməyib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, hazırda ekspertlər pilotsuz təyyarədən götürülən məlumatların şifrəsinin açılması üzərində çalışırlar.

Qeyd edək ki, ötən gün İranın ISNA agentliyi avqustun 23-də Nətənzdəki uranın zənginləşdirilməsi müəssisəsi üzərində pilotsuz kəşfiyyat uçuş aparatın vurulub salınmasına dair xəbər yayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO