Gəncədə Gürcüstanın Baş konsulluğunun açılışı olacaq

Fevralın 19-da Gəncədə Gürcüstan Baş konsulluğunun rəsmi açılışı mərasimi keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Açılış mərasimində Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Maya Pancikidze iştirak edəcəklər.

M.Pancikidze fevralın 19-da baş tutacaq Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin iclasında iştirak etmək məqsədi ilə Azərbaycana gələcək.

Bu, 3 ölkənin XİN rəhbərlərinin sayca üçüncü görüşü olacaq.

XİN rəhbərlərinin ikinci görüşü 2013-cü il mart ayında Batumidə keçirilmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO