Federika Mogerini Azərbaycana gəlir

Federika Mogerini Azərbaycana gəlirAvropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

Məlumatda bildirilir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Mogerininin Azərbaycana səfəri 29 fevral-1 mart tarixlərində baş tutacaq.

Səfər çərçivəsində F.Mogerininin fevralın 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO