Fəzail Ağamalı: Azərbaycan sosial-iqtisadi inkişaf baxımından Cənubi Qafqazın lider dövləti olaraq qalır

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübündə sosial-iqtisadi sahədə ölkənin qarşısında duran vəzifələr, onun yerinə yetirilməsi ilə bağlı fikirlərini ifadə etdi və bir daha bəlli oldu ki, Azərbaycan dinamik inkişaf yolundadır, bu tendensiya davam edir. Azərbaycan sosial-iqtisadi inkişaf baxımından Cənubi Qafqazın lider dövləti olaraq qalır, dünyaya inteqrasiya olunur, ölkə daxili problemlər həll olunmaqla bərabər, həm də xüsusi olaraq regionların inkişafı bu gün daha çox diqqət cəlb etməkdədir”. Bunu Trend-ə açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Prezident iclasda “Sənaye ili” ilə bağlı olaraq, bu il ölkənin sənaye cəmiyyətinə çevrilməsi üçün mühüm vəzifələrin qarşıya qoyulduğunu önə çəkdi, eyni zamanda buna qədər sənaye sahəsində, sənayenin inkişafı ilə bağlı əldə olunan uğurların üzərində dayandı.

Onun sözlərinə görə, ölkə Prezidentinin qlobal formada həyata keçirdiyi siyasət Azərbaycanın sosial-iqtisadi inkişafına, ümumiyyətlə Azərbaycanın tərəqqisinə çox mühüm töhfələr verməkdədir. Deputat qeyd edib ki, dövlət başçısı iclasda çıxışında ilin sonuna qədər qarşıda duran vəzifələrin konkret mənzərəsini ifadə etdi: “Düşünürəm ki, cənab Prezidentin qarşıya qoymuş olduğu vəzifələr və xüsusi olaraq birinci rübün həmdə artıq ənənə olaraq müzakirəyə çıxarılması bir daha göstərir ki, ölkə Prezidenti Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı təkcə illik yekunlarla kifayətlənmir, qarşıya qoyulan vəzifələrin rüb çərçivəsində yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. Düşünürəm ki, bu da idarəçilikdə və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində operativ imkanları xeyli dərəcədə artırır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO