Eşton Kiyevdə Yanukoviç və müxalifət liderləri ilə görüşməyi planlaşdırır

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət liderləri ilə görüşməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə K.Eştonun mətbuat katibi Mayya Kosyançiç bildirib.

Aİ-nin ali nümayəndəsi Kiyevə bu gün axşam yola düşüb. O, Avropa İttifaqının ölkədəki vəziyyətin nizamlanmasına yardımı çərçivəsində danışıqlar aparmaq məqsədilə Ukraynaya gəlir.

Qeyd edək ki, yanvarın 27-28-də genişlənmə və Qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle Ukraynada səfərdə olub.

M.Kosyançiç deyib ki, K.Eşton səfər çərçivəsində ölkə Prezidenti və müxalifət liderləri ilə görüşməlidir: “Görüşlərin sabah keçiriləcəyi nəzərdə tutulur”.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO