Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində bir neçəistiqamətdə atəşkəsi pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO