Ermənistan rəhbərliyi öz xalqının gələcəyini siyasi ambisiyalarına qurban verməməlidir

Ermənistan Prezidenti Serj Sarkisyanın, Bakının dəfələrlə bildirdiyi kimi, münaqişənin nizamlanmamasının Ermənistan və ümumilikdə bütün regionun inkişafı yolunda maneə törətməsini etiraf etməsi sevindirici haldır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi brifinqdə Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Sarkisyanın “Azadlıq” radiosuna müsahibəsini şərh edərkən bildirib.

“Ermənistan Prezidenti etiraf edir ki, ölkə onsuz da kasad olan büdcəsinin böyük hissəsini hərbi xərclərə ayırır. Görəsən, başqa dövlətin ərazilərini işğal etmək Ermənistanda yoxsulluğun hökm sürməsi və əhalinin ölkəni tərk etməsinə dəyərmi?” – Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi öz xalqının gələcəyini siyasi ambisiyalarına qurban verməməlidir. O bildirib ki, işğal faktı bütün dünya ictimaiyyəti tərəfindən tanınıb.

“Bununla belə, Ermənistan rəhbərliyi isə baş verənlərə görə məsuliyyətdən qaçmağa çalışır. Sual yaranır: “Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində nə edir?” – Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, Ermənistan rəhbərliyi münaqişənin həlli üçün siyasi iradə göstərmir.

XİN rəsmisi vurğulayıb ki, qoşunların Azərbaycandan çıxarılması Ermənistan və region üçün geniş imkanlar açacaq.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması həmişə buna mane olur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO