Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfəri başlayır.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun “İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar” mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.