Elmar Məmmədyarov BMT TŞ-də açıq debatlarda çıxış edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 12-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında (TŞ) “Silahlı münaqişələr zamanı dinc əhalinin müdafiəsi” mövzusunda keçiriləcək açıq debatlarda çıxış edəcək.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə deyib.
Abdullayev deyib ki, hazırda Azərbaycan silahlı münaqişədən əziyyət çəkir və ölkənin hər doqquzuncu sakini qaçqın və ya məcburi köçkündür.
Onun sözlərinə görə, bu mövzunun Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, Məmmədyarov bu məsələ ilə bağlı çıxış edəcək.
Abdullayev qeyd edib ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində nazir, öz növbəsində, TŞ-də açıq debatlarda çıxışı zamanı mütləq bu mövzuya toxunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO