Elmar Məmmədyarov: “Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində birbaşa dəstəkləyir “

Elmar Məmmədyarov: "Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində birbaşa dəstəkləyir"“Biz açıq şəkildə müzakirələr apardıq, həm iki tərəfli, həm də geniş tərkibdə çoxlu məsələlərə müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı geniş müzakirələr apardıq”. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov daha sonra deyib: “İnanırıq ki, gələn ilin əvvəli və ya bu ilin axırına Türkiyə öz tərəfində işləri tamamlayacaq. Ondan sonra insanlar qatarlarla Türkiyəyə gedə biləcək. Bu layihə təkcə üç ölkə üçün deyil, bir sıra ölkələr, o cümlədən Qazaxıstan, Türkmənistan, Çin də bu dəmir yoluna böyük önəm verir”.

Nazir qeyd edib ki, biz müzakirələrdə regional məsələlərə də, Suriyada miqrantlarla bağlı məsələyə də toxunduq: “Azərbaycanda məcburi köçnün və qaçqın problemi var və biz bunu başa düşürük. Türkiyə Azərbaycanı Dağlıq Qarabağ məsələsində birbaşa dəstəkləyir və biz buna görə Türkiyəyə təşəkkür edirik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO