Elmar Məmmədyarov Minsk Qrupunun rusiyalı həmsədrilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə E.Məmmədyarov jurnalistlərə bildirib.

Nazir bildirib: “Dünən Moskvada ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə görüşdüm. Biz münaqişənin həlli üzrə növbəti addımları müzakirə etdik”.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbul edilməz olduğunu və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bir daha vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO