Elmar Məmmədyarov fəaliyyəti başa çatan Almaniya səfiri ilə görüşüb

Elmar Məmmədyarov fəaliyyəti başa çatan Almaniya səfiri ilə görüşübXarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

H.Tempel diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO