Elmar Məmmədyarov AŞ Nazirlər Komitəsinin sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 5-6 may tarixlərində Vyana şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyada Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçəcək.

Sessiya çərçivəsində E.Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]ights-jwg.org

1905.az STUDIO