Elman Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.

Nazirlikdən Trend-ə bildiriblər ki, nazirlik üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti informasiya sahibi kimi nazirliyin vəzifələri sırasında yer alıb. Qaydalar nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilib.

Bundan başqa, əmrə əsasən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Nazirliyin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO