Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib


Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:
Abdullayev İsmayıl Əli oğlu
Əhmədov Əsgər Məmməd oğlu
Kazumov Orxan Vahid oğlu
Mehdiyev Əli Mehdi oğlu
Nağıyeva Aygün Nizami qızı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO