Dövlət Baytarlıq Xidməti Çindəki quş qripi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Çində yayılan quş qripi ilə əlaqədar olaraq ölkənin quşçuluq təsərrüfatlarının sahiblərinə müraciət edib. Bu barədə Trend-ə çərşənbə günü Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
“Biz böyüdülən cücələrin təcrid olunmuş şəkildə saxlanması, yumurtanın, xammalın alınması, həmçinin məhsulun bazara çıxarılması zamanı bütün baytarlıq normalarına riayət edilməsi bağlı təlimatlarla müracət etmişik”. – Xanvəli bildirib.
Onun sözlərinə görə, daha əvvəl Baytarlıq Xidmətinə H7N9 quş qripinin yayılmasının təhlükəsi haqqında Beynəlxalq Epizootik Bürodan müraciət daxil olub. Müraciətdə, həmçinin qeyd olunur ki, xəstəliyin səbəbləri sonuna kimi hələ aydınlaşdırılmayıb.
Bununla bağlı, ölkədə epizootik vəziyyət üzrə müntəzəm monitorinqlər keçirən Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçib.
Azərbaycan damazlıq yumartaları yalnız Türkiyə və İrandan, toyuq ətini isə Türkiyə, Braziliya və ABŞ-dan alır.
“Bu ölkələrdə epizootik vəziyyət sabitdir. Azərbaycan Çinlə belə ticarət əməliyyatları aparmır”, – Xanvəli bildirib.
Dezinfeksiya və sanitar nəzarəti üzrə müntəzəm işlər həm Heydər Əliyev Beynəlxalq Aeroportunda, həm də təyyarələrdə aparılır.
Bu barədə çərşənbə günü “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Trend-in Çində yayılan quş qripi epidemiyası fonunda bu xəstəliyin yayılmasının mümkünlüyü barədə sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün bütün lazımi işlər müntəzəm şəkildə aparılır.
“Bütün lazımı tədbirlər müntəzəm şəkildə aparılır. Lakin hər hansı bir təhlükənin yayılacağı halda bu istiqamətdə işlər daha da gücləndiriləcək”, – Səfərli bildirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov çərşənbə günü Trend-ə bildirib ki, qatarlarda hər gün dezinfeksiya işləri aparılır.
“Sərhədi keçən zaman qatarlar, həmçinin sanitar xidmətləri tərəfindən yoxlamadan keçirilir”, – Əzməmmədov qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO