Dünyanın ən varlı adamlarının siyahısı açıqlandı

ABŞ-ın “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Forbes” jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır.

Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olmuşdu. “Forbes” ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlamışdı.

Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə “Inditex” şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və “Oracle”ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO