Dünya ictimaiyyəti Ermənistanın həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməlidir

Dünya ictimaiyyəti Ermənistanın həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməlidirBenilüks Azərbaycanlıları Konqresi (BAK) Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib.

BAK kənd və yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatlıq ifadə edərək bildirir ki, son hadisələrlə əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməlidir.

BAK son vəziyyətlə bağlı bir çox Avropa təşkilatlarını və Beynəlxalq Qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb.

Həmçinin, bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanır.

“Regionda sülhün, sabitliyin tərəfdarı olanlar bilməlidirlər ki, bölgədə sülh yalnız ermənilərin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etdikləri vaxtı mümkündür. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaqdır!”- deyə bəyanatda bildirilir.

BAK beynəlxalq qurumları Azərbaycanın haqq işini dəstəkləməyə, ikili standartlara yol verməməyə, BMT qətnamələrinin icrasının həyata keçirilməsinə yardımçı olmağa çağırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO