Dünya Bankı: Azərbaycan regionda maliyyə sahəsində islahatlar üzrə liderlik edir

Dünya Bankı: Azərbaycan regionda maliyyə sahəsində islahatlar üzrə liderlik edirAzərbaycan regionda maliyyə sahəsində belə ən böyük islahatlar aparan yeganə ölkədir.

Trend-in məlumatına görə, bunu Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə qabaqcıl eksperti Anjela Priqojina Azərbaycanın qiymətli kağızlar bazarında ticarət, ticarətsonrası və nəzarət sisteminin işə salınması mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan olduqca qısa müddət ərzində kapital bazarının inkişafı üçün çox böyük islahatlar keçirməyi bacardı: “Bu müddət əzrində hüquqi çərçivələrin hazırlanmasından bu sistemin istifadəyə verilməsinədək çox şey edilib”.

Ekspert qeyd edib ki, kapital bazarının inkişafı Azərbaycanın maliyyə sektorunu yeni investisiyalar, o cümlədən xarici investisiyalar üçün açacaq: “Bundan başqa Azərbaycan şirkətləri beynəlxalq kapital bazarlarına çıxış əldə edəcəklər”.

A. Priqojina əlavə edib ki, Dünya Bankı maliyyə sektorunda islahatlar aparılmasında Azərbaycana dəstək verməyə davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO