Dövlət müşaviri: Din xadimlərinin də dediklərinə fikir vermək lazımdır

Ruhanilər, axundlar, imamlar, mollarlar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bildirib.

Dövlət müşaviri qeyd edib ki, ölkədəki dini, eləcə də etnik-mədəni icmalarla mədəniyyətlərin, dillərin, dini məsələlərin öyrənilməsi ilə bağlı müxtəlif layihələr və proqramlar həyata keçiriləcək: “Onlarla komissiyalar və icma nümayəndələri, Azərbaycan alimləri, tarixçiləri birlikdə məşğul olacaqlar. Bir var layihələr hazır şəkildə icmalara verilir, bir də var ki, onların özləri hərəkətə gəlir, işləyirlər. Hər halda bu istiqamətdə fikirlər çoxdur. İnşallah bunları həyata keçirəcəyik”.

Onun sözlərinə görə, dini icmalarla bağlı layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək: “Ruhanilər, axundlar, imamlar, mollalar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır. Ümumiyyətlə, Azərbaycan xalqı, eləcə də burada yaşayan digər xalqlar öz dininə böyük hörmətlə yanaşır. Azərbaycanda olan dinlərin, təriqətlərin irəli sürdükləri tövsiyələr, fikirlər, əlbəttə ki, Dövlət Komitəsi tərəfindən də, alimlərimiz tərəfindən də dəyərləndiriləcək. Biz onları müxtəlif proqramlar vasitəsilə həyata keçirəcəyik. Məsələn, təhsil, strukturlaşma sahəsində, eləcə də bəzi məscidlərin restavrasiya işləri ilə bağlı və bir çox başqa məsələlər nəzərdə tutulur. Yəni, dini icmaların görəcəyi hələ çox işlər var”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO