Dövlət Komitəsi: Nardarandakı məscidlər qeydiyyatdan keçməli, dini icmalar yaradılmalıdır

Dövlət Komitəsi: Nardarandakı məscidlər qeydiyyatdan keçməli, dini icmalar yaradılmalıdırBakının Nardaran qəsəbəsində olan məscidlər qeydiyyatdan keçməyiblər. Onlar qeydiyyatdan keçməli, məscidlər ətrafında dini icmalar yaradılmalı və həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir: “Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı təşəbbüslərimizə adekvat cavablar verilməyib”.

M.Qurbanlı bildirib ki, Nardarandakı dini ziyarətgahın saxlanılması ilə bağlı dövlətin diqqəti həmişə olub və bundan sonra da olacaq: “Söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adından sui-istifadə hallarına yol verirlər”.

Komitə sədri təəssüf edib ki, qəsəbədə məktəblərin olmasına baxmayaraq, uşaqlarını təhsildən yayındıran valideynlər var: “Belə hallara yol vermək olmaz. Çünki təhsildən yayınma ümumi icbari təhsilin olması haqqında qanunvericiliyə ziddi

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO