Dini fanatizm, islam dininin mərhəmətlilik, qarşılıqlı yardım və dözümlülüyə söykənən əsaslarının təhrif edilməsi cəhdlərinin qəbuledilməzliyi atmosferini davamlı şəkildə formalaşdırmaq lazımdır. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin çərşənbə axşamı Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” mövzusunda beynəlxalq elmi-praktik konfransının iştirakçıları və qonaqlarına göndərdiyi təbrik məktubunda deyilir.
“MDB ölkələrində islam dininə inanan milyonlarla insan yaşayır və müsəlman təşkilatlarının fəal dialoq aparması, müxtəlif milliyyətdən və dini etiqaddan olan insanlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verməsi, digər ənənəvi konfessiyaların nümayəndələri ilə birgə tələb duyulan xeyriyyəçilik layihələrini həyata keçirməsi çox vacibdir. Belə fəaliyyət tam olaraq dövlətlərimizin sosial-iqtisadi inkişafı və cəmiyyətin birliyi maraqlarına müvafiqdir”, – RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən Vladimir Putinin konfrans iştirakçılarına oxuduğu təbrik məktubunda deyilir.
“Forumun gündəliyində mənəvi və mədəni dəyərlərin, vətəndaşların dini heysiyyətinin müdafiəsinin, ekstremizm və radikalizmə qarşı aktual problemlər var. Bu məsələlərin açıq və maraqlı şəkildə müzakirəsinə tələbat var və bu müzakirələr vaxtında keçirilir”, – təbrik məktubunda deyilir.
“Əminəm ki, konfransda konstruktiv və məzmunlu danışıqlar Avrasiya məkanında dostluğun əsrlər boyu formalaşan ənənələrinə və dini dözümlülüyün gələcək inkişafına, MDB və xarici islam cəmiyyətləri arasında dini əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, bu gün Bakıda “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.