DİN səyyar xidmət zamanı hər iki valideyn himayəsindən məhrum olmuş 103 nəfərə yeni şəxsiyyət vəsiqəsi təqdim etdi

DİN səyyar xidmət zamanı hər iki valideyn himayəsindən məhrum olmuş 103 nəfərə yeni şəxsiyyət vəsiqəsi təqdim etdiDaxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin bütün bölgələrində şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Abşeron rayonunda baş tutub.

Masazır qəsəbəsində yerləşən, hər iki valideyn himayəsindən məhrum olunmuş şəxslərin yaşadıqları Məzun Evində keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 103 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO